“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May – Müstəqillik Günü

22/10/2025, 17:25
xeber1

28 May – Müstəqillik Günü münasibətilə Bakı şəhəri 14 nömrəli tam orta məktəbdə təntənəli tədbir keçirilib. Tədbirdə ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova, məktəbin direktoru Rəfail Hüseynov və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər xalqımızın dövlətçilik tarixində əhəmiyyətli rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, eləcə də Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Vurğulanıb ki, məhz Ulu Öndərin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycanda sabitlik və inkişaf təmin olunmuş, müstəqil dövlət quruculuğu möhkəm təməllər üzərində qurulmuşdur.

Tədbirdə, həmçinin, 44 günlük Vətən müharibəsinə də toxunulub. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımızın 30 illik həsrətinə son qoyub. Qazanılmış bu Qələbə həm də Ümummilli Liderin “Qarabağ Azərbaycandır!” tezisinin parlaq təcəssümüdür.

Tədbir çərçivəsində şagirdlər tərəfindən Vətən müharibəsinə həsr olunmuş şeirlər səsləndirilib, qəhrəman şəhid və qazilərimizin xatirəsinə ithaf olunan bədii kompozisiyalar təqdim olunub. Tədbir vətənpərvərlik ruhunda, yüksək coşqu və qürur hissi ilə başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: