Xəbərlər
"28 May- Müstəqillik Günü"nə həsr edilən Sərbəst güləş üzrə iki yaş qrupunda UGİŞM-nin birinciliyi keçirilib.

23 may 2026-cı il tarixdə Balakən rayon Olimpiya İdman Kompleksində UGİŞM-nin illik Tədbirlər planına müvafiq olaraq Etihi-nin Balakən rayon komitəsi ilə birgə "28 May- Müstəqillik Günü"nə həsr edilən Sərbəst güləş üzrə iki yaş qrupunda UGİŞM-nin birinciliyi keçirilib.
Yarışın rəsmi hissəsində Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir. Sonra Etihi-nin Balakən rayon komitəsinin sədri Ramazan Molulov və UGİŞM-nin direktoru Vasif Qomurov çıxış edərək idmançılara uğurlar arzulayıb. Sonda qalib güləşçilər və məşqçi-müəllimlər ETİHİ-nin Balakən rayon komitəsi tərəfindən Diplom və qiymətli hədiyyələrlə təltif edilib, xatirə şəkilləri çəkilib.






