“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May "Müstəqillik günü" münasibəti ilə Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta ümumtəhsil məktəb HİK-nin təşkilatçılığı ilə məktəbin kollektivi arasında "Zəfər oyunu" adlı dama yarışı keçirildi.

13/10/2025, 11:16
xeber1

"ZƏFƏR OYUNU" dama yarışı

28 May "Müstəqillik günü" münasibəti ilə məktəb HİK-nin təşkilatçılığı ilə məktəbin kollektivi arasında "Zəfər oyunu" adlı dama yarışı keçirildi.

Yarışma müraciət etmiş kollektivin 32 nəfər üzvü arasında təşkil olundu. Gərgin şəraitdə keçən yarışmanı izləmək və obyektiv qiymət vermək üçün ATİHK-nin sədri Həqiqət Şahmuradova da iştirak etdi. Dama yarışması aşağıdakı kimi yekunlaşdı.

Qadınlar arasında:

1-ci yer Zülfiyyə Mahmudova

2-ci yer Nəzakət Niftəliyeva

3-cü yer Qahirə Bağırova

Kişilər arasında:

1-ci yer Zahir İbrahimov

2-ci yer İlqar Məmişov

3-cü yer Soltan Rzayev

Sonda qaliblərə Fəxri Fərman təqdim edildi və mükafatlandırıldılar

Qalibləri bir daha təbrik edirik

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: