“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May Müstəqillik günü münasibətilə “Neftçalanı tanıyaq” adlı intellektual xəritə yarışı keçirilib.

01/06/2026, 09:59
xeber1

28 May – Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin Neftçalaya səfərinin ildönümü münasibətilə “Neftçalanı tanıyaq” layihəsi çərçivəsində intellektual xəritə yarışı (pazl) keçirilib. Yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 17 komanda iştirak edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:

Boyat kənd tam orta məktəbinin “Koroğlu dəstəsi” komandası — I yer

1 dəqiqə 08 saniyə

Yuxarı Qaramanlı kənd tam orta məktəbinin “Turan” komandası — II yer

1 dəqiqə 42 saniyə

Neftçala şəhər 1 nömrəli tam orta məktəbinin “İstiqlal” komandası — III yer

3 dəqiqə 10 saniyə qazanıb.

Qalib komandalar medal, diplom və hədiyyələrlə, onların müəllimləri isə xüsusi mükafatlarla təltif olunublar.


Bütün iştirakçıları və qalibləri təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: