Xəbərlər
28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirildi
26/05/2026, 20:00

28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə tədris müəssisələrində QRTİ Ağcabədi rayon üzrə Təhsil Sektorunun təşkilatçılığı ilə silsilə tədbirlər davam edir.
Rayonda şagirdlərin, müəllimlərin və valideynlərin asudə vaxtının səmərəli təşkili məqsədilə Ağcabədi Olimpiya İdman Kompleksində bədii-əyləncəli proqram təşkil olunub. Proqram çərçivəsində çıxış edən akrobatlar, öyrədilmiş heyvanların nümayişi və müxtəlif əyləncəli oyunlar xüsusilə azyaşlı uşaqlarda böyük maraq və sevinc hissi yaradıb.
Tədbirin əsas məqsədi bayram əhval-ruhiyyəsinin yüksəldilməsi, uşaqların asudə vaxtının səmərəli təşkili və iştirakçılar arasında birlik, həmrəylik mühitinin gücləndirilməsi olub.










