“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28-May Müstəqillik Günü xalqımızın milli qürur və birliyinin simvoludur.

25/05/2026, 14:02
xeber1

Ağcabədi şəhər Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Tahirov Kamran müəllimin təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvlərinin Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil olunub.

Səfərin əsas məqsədi 28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq, həmçinin həftəsonu həmkarlar ittifaqı üzvlərinin istirahətinin səmərəli təşkil edilməsindən ibarət olub.

Bir günlük tur çərçivəsində iştirakçılar azad olunmuş torpaqlarda aparılan inkişaf proseslərini yerində izləmək imkanı əldə ediblər. Səfər iştirakçıları göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqlarına təşəkkürlərini bildirərək, ölkəmizə qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: