Xəbərlər
28 May – Müstəqillik Günü xalqımızın milli qürur və birliyinin simvoludur

ETİHİ Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə Məmməd Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının üzvləri Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər.
Səfərin əsas məqsədi 28 May – Müstəqillik Günü münasibətilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq, eyni zamanda həmkarlar ittifaqı üzvlərinin həftəsonu istirahətinin səmərəli təşkil edilməsindən ibarət olub.
Bir günlük tur çərçivəsində həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə məktəbin direktoru Lətafət Əlizadə çıxış edərək Azərbaycan Həmkarlar İttifaqlarına minnətdarlığını bildirib, xalqımıza tarixi Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkür və ehtiramını ifadə edib.






