Xəbərlər
28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi Qazax Dövlət Sosial Iqtisadi Kolleci və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax-Ağstafa təhsil sektorunun birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş intellektual yarış keçirilmişdir.
Yarışda müxtəlif məktəblərdən müəllimlərdən ibarət komandalar və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri iştirak etmişdir. Yarışın sualları əsasən Müstəqillik Gününə, Azərbaycan tarixinə və tarixi abidələrimizə həsr olunmuşdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən:
I yerə — Qazax Şəhər Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-Liseyinin “XUDAFƏRİN” komandası,
II yerə — Ağstafa şəhər Texniki-Humanitar təmayüllü liseyinin “ŞUŞA” komandası,
III yerə — Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbinin “MÜBARİZ” komandası layiq görülmüşdür.
Qalibləri təbrik edir, bütün iştirakçılara uğurlar arzulayırıq. Belə maarifləndirici və vətənpərvərlik ruhunda keçirilən tədbirlər gənclərin bilik və dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıyır.









