“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May – Müstəqillik Gününə həsr olunmuş rayon “Vətəni tanı!” intellektual yarışı keçirilmişdir.

29/05/2026, 21:12
xeber1

28 May – Müstəqillik Gününə həsr olunmuş rayon ümumtəhsil tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında “Vətəni tanı!” intellektual yarışı keçirilmişdir. 25 may 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində, 28 May – Müstəqillik Gününə həsr olunmuş Quba rayon ümumtəhsil tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında “Vətəni tanı!” intellektual yarışı keçirilmişdir. Öncə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin məsul əməkdaşı Gülnar Məmmədova çıxış edərək, intellektual yarışın gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, vətənin tarixi, coğrafiyası, eləcə də ərazi bütövlüyü haqqında biliklərini artırmaq və onların intellektual inkişafına dəstək vermək məqsədi ilə keçirildiyini vurgulayaraq bütün komandalara uğurlar arzulamışdır.

Yarışda hər bir komandanın tərkibi 2 nəfər olmaqla 13 komanda iştirak etmişdir.

Yarışın nəticələrinə əsasən

I yerə - Susay kənd tam orta məktəb

II yerə - Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey

III yerə - Texniki Təmayüllü lisey

IV yerə - Zərdabi qəsəbə tam orta məktəbin komandaları layiq görülmüşdür.

Qaliblər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsi və idarə tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: