“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May – Müstəqillik Gününə həsr olunmuşşahmat yarışı

21/05/2026, 20:15
xeber1

28 May – Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi , Qazax Dövlət Sosial Iqtisadi Kolleci,

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa–Qazax sektorunun birgə təşkilatçılığı ilə müəllim və tələbələr arasında şahmat yarışı keçirilmişdir. Ağstafa Rayon Şahmat Mərkəzində təşkil olunan yarış yüksək maraq və böyük coşqu ilə yadda qalmışdır.

Tədbirin əsas məqsədi gənclərdə və müəllimlərdə intellektual oyunlara marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda Müstəqillik Gününün əhəmiyyətinin gənc nəslə daha dərindən aşılanması olmuşdur. Yarış başlamazdan əvvəl çıxış edən təşkilatçılar Azərbaycan dövlət müstəqilliyinin xalqımız üçün tarixi əhəmiyyətindən danışmış, Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi siyasətin nəticələrindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanın gələcəyi savadlı, intellektual və vətənpərvər gənclərin yetişməsindən keçir.Şahmat yarışı gərgin və maraqlı mübarizə şəraitində keçmiş, iştirakçılar yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirmişlər. Yarışın sonunda qaliblər müəyyən olunmuşdur. Qaliblərə diplom və hədiyyələr təqdim olunmuş, iştirakçılara gələcək yarışlarda uğurlar arzulanmışdır. Tədbir iştirakçıları belə intellektual yarışların mütəmadi keçirilməsinin vacibliyini vurğulamış, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təhsil işçilərinə və gənclərə göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını ifadə etmişlər.

Sonda xatirə şəkilləri çəkdirilmiş, yarışın iştirakçılar arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: