“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May – Respublika Günü qeyd olunub

26/05/2026, 15:21
xeber1

28 May – Respublika Günü münasibətilə Xırdalan 11 nömrəli tam orta məktəbdə bayram tədbiri təşkil olunub. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra çıxış edənlər xalqımızın müstəqillik uğrunda apardığı mübarizə və dövlətçilik ənənələrinin əhəmiyyəti haqqında geniş məlumat veriblər. Tədbirdə ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov da iştirak edib. Çıxışlarda 28 May – Respublika Gününün Azərbaycan tarixində mühüm yer tutduğu, müstəqilliyimizin qorunmasının və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.


Bayram proqramı çərçivəsində məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii kompozisiya təqdim olunub. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və səhnəciklər nümayiş etdirilib. Milli geyimlərdə çıxış edən şagirdlərin hazırladıqları nömrələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda tədbirin təşkilində əməyi olan müəllim və şagirdlərə təşəkkür bildirilib, xatirə şəkilləri çəkdirilib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: