“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

28 May və Qurban Bayramı münasibətilə tədbir keçirildi

25/05/2026, 12:13
xeber1

ETİHİ Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə rayonun müxtəlif təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvləri iştirak edərək əlamətdar günlərin sevincini birlikdə bölüşüblər.


Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçirilən tədbirdə iştirakçılar milli-mənəvi dəyərlərimizin qorunmasının, cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar. Tədbir iştirakçıları üçün yaradılmış xoş atmosfer bayram ovqatını daha da artırıb, həmkarlar arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq münasibətlərinin güclənməsinə töhfə verib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov 28 May – Müstəqillik Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını, dövlətçilik ənənələrimizin və milli birlik ruhunun təcəssümü olduğunu vurğulayıb. O, eyni zamanda müqəddəs Qurban bayramının cəmiyyətimizdə mərhəmət, paylaşma və həmrəylik dəyərlərini daha da gücləndirdiyini qeyd edərək iştirakçıları bayram münasibətilə təbrik edib.


Sonda iştirakçılar göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin həmrəylik və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: