Xəbərlər
Şəhid Tural Cahangirovun oğlunun kiçik toy mərasimi keçirilib
03/12/2025, 13:44

28 Noyabr tarixində Pirallahı şəhidi Tural Cahangirovun oğlunun kiçik toy mərasimi keçirildi.
Bu əlamətdar gündə ETİHİ Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova da ailənin sevincinə qoşulub.Şəhidimizin əmanətinin xoş gününü görmək hər birimiz üçün qürurverici və duyğulandırıcı bir andır.
Balaca igidimizə sağlam və xoşbəxt ömür, ailəsinə gözəl günlərin daim olmasını arzulayırıq. Tural Cahangirovun ruhuna isə rəhmət və ehtiram göndəririk.
Şəhidlərimiz unudulmur, əmanətləri başımızın tacıdır.




