Xəbərlər
29 may 2025-ci il tarixində ATİAHİ Astara Rayon Komitəsi tərəfindən 1 İyun - Uşaqların "Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar bayram tədbiri təşkil edilmişdir.

29 may 2025-ci il tarixində ATİAHİ Astara Rayon Komitəsi tərəfindən 1 İyun - Uşaqların "Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar bayram tədbiri təşkil edilmişdir. Tədbir şəhid və qazi ailələrinin övladları, valideyn himayəsindən məhrum olan, eləcə də aztəminatlı ailələrin uşaqları üçün keçirilmişdir.
Bayram tədbirində Astara rayonu üzrə təhsil sektorunun müdiri, Astara Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Astara Pedaqoji Kollecinin Maliyyə və İnformasiya Şöbəsinin müdiri, rayon ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, həmçinin ümumtəhsil müəssisələrində çalışan pedaqoji və texniki işçilər iştirak etmişlər.
Tədbirdə çıxışlar dinlənilmiş, şagirdlərin maraqlı səhnəcikləri nümayiş etdirilmişdir. Şəhid və qazi ailələrinin övladlarına, valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrin uşaqlarına, eləcə də tədbirdə iştirak edən ümumtəhsil məktəblərinin şagirdlərinə ATİAHİ Astara Rayon Komitəsi tərəfindən hədiyyələr təqdim olunmuşdur.
Bu tədbir uşaqların yaddaşında mənalı və yaddaqalan bir gün kimi iz qoymuşdur.















