“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

3 nömrəli məktəb-liseydə məktəbin qabaqcıl riyaziyyat müəllimi Brilyand Mursalovanın 60 illik yubileyi qeyd olundu.

18/03/2026, 10:03
xeber1

18.03.25-ci il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına şəhər 3 nömrəli məktəb liseydə məktəbin qabaqcıl riyaziyyat müəllimi Brilyand Mursalovanın 60 illik yubileyi qeyd olundu.

ETİHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və məktəb rəhbərliyi Brilyand müəllimi təbrik etdilər,ona sağlamlıq, xoşbəxtlik və pedaqoji fəaliyyətində uğurlar arzuladılar.Öz işgüzarlığı, məsuliyyəti və səmimiliyi ilə 

İstər kollektivin,istərsə də şagirdlərin könlünü fəth etmiş yubilyar müəllim ETİHİ Rayon Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldı. Bütün təhsil ictimaiyyəti adından Brilyand Mursalovanı yubiley yaşının tamam olması münasibətilə təbrik edirik,ona sağlam ömür, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: