“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

3 nömrəli məktəb-liseydə peşə təmayüllü siniflərin hazırladığı Yel Çərşənbəsi və bayram ab-havalı sərgi-satış yarmarkası təşkil olundu.

10/03/2026, 09:53
xeber1

10 mart 2026-cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseydə  peşə təmayüllü siniflərin hazırladığı Yel Çərşənbəsi və bayram ab-havalı sərgi-satış yarmarkası təşkil olundu.Peşə təmayüllü siniflərin il ərzində əldə etdiyi nailiyyətlərin hesabatını təqdim edən kollektiv üzvləri şagirdlərin əl işlərindən ibarət məhsulların satış sərgisinə baxış keçirildi. Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı şəhər bələdiyyəsinin əməkdaşları, valideynlər və məktəb kollektivi iştirak etdilər. Çıxış edən natiqlər peşə təmayüllü siniflərin il ərzində yaxşı nailiyyətlər əldə etdiyini qeyd edərək xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə  liseyin kollektivini təbrik etdilər.Əvvəlki çərşənbələri yüksək əhval ruhiyyə ilə qeyd edən liseyin kollektivi "Yel çərşənbəsi"ni də xüsusi hazırlıqla qarşıladılar. Novruz bayramının atributları olan kosa və keçənin maraqlı musiqi nömrələri iştirakçıların marağına səbəb oldu. Tədbir yüksək şəkildə hazırlandığına görə ilk təşkilat ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: