“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

3 nömrəli məktəb-liseyin məzunu olmuş şəhid polkovnik-leytenant Ruslan Tağıyevin anım günü münasibətilə geniş tədbir keçirildi.

04/11/2025, 21:34
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı olan UGİM-in akt zalında şəhər 3 nömrəli məktəb-liseyin məzunu olmuş şəhid polkovnik-leytenant Ruslan Tağıyevin anım günü münasibətilə geniş tədbir keçirildi.


Tədbirdə RİH,DŞRTİ,DŞRGİ, Rayon sektoru əməkdaşları,ictimaiyyət nümayəndələri və şəhid ailə üzvləri iştirak etdilər.


Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azad olunmasında canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə şəhid Ruslan Tağıyevin həyatı və döyüş səhnələrini əks etdirən video-çarxa baxış keçirildi.


Mərkəzin dərnək üzvləri və məktəblilərin ifasında şəhidlərə həsr edilən şeirlər,musiqi parçaları ifa olundu.


Çıxış edən ictimaiyyət nümayəndələri şəhidin keçdiyi şərəfli ömür yolu haqqında xatirələrini bölüşdülər.


Şəhidin atası Fuad Tağıyev qardaş Türkiyə yazarları tərəfindən yeni nəşr olunan,polkovnik-leytenant Ruslan Tağıyev haqqında məlumatlarıda özündə əks etdirən “1 şəhid,1 hekayə,1 şeir” kitabını iştirakçılara təqdim etdi.


Türkiyə və Azərbaycan şəhidləri haqqında nəşr olunan bu kitabın tirajını çoxaldaraq məktəb kitabxanalarına verilməsi haqqında müraciət olundu.


Şəhid valideynləri göstərilən bu diqqətə görə məktəblilərə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.


Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: