“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

3 saylı məktəb-liseydə qabaqcıl rus dili müəllimi Rəhilə Qəmbərovanın 60 illik yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi.

14/04/2026, 22:30
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb-liseydə qabaqcıl rus dili müəllimi Rəhilə Qəmbərovanın 60 illik yubiley yaşının tamam olması münasibətilə tədbir keçirildi. 


Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov ,kollektiv üzvləri,valideynlər iştirak etdilər. Çıxış edən natiqlər Rəhilə müəllimin işlədiyi kollektivlərdə öz işgüzarlığı və səmimiyyətlə şagird və kollektiv üzvlərinin hörmətini qazandığını qeyd etdilər.


Qabaqcıl müəllimin şagirdlərinin dəfələrlə olimpiada və digər müsabiqələrdə qalib olduğunu bildirdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar. Yubilyar ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı. 


Rəhilə müəllimi yubiley yaşının tamam olması münasibətilə rayonun təhsil ictimaiyyəti adından təbrik edir,möhkəm sağlamlıq və gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: