“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təhsil işçiləri üçün bayram tədbiri keçirilib.

26/12/2025, 10:59
xeber1

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər, Goranboy, Samux, Göygöl və Daşkəsən Rayon Komitələrinin birgə təşkilatçılığı ilə təhsil işçiləri üçün bayram tədbiri təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər bu əlamətdar günlərin birlik və həmrəylik baxımından böyük əhəmiyyət daşıdığını vurğulayaraq, təhsil işçilərini bayram münasibətilə təbrik edib, onlara can sağlığı və peşə fəaliyyətlərində uğurlar arzulayıblar.

Bayram tədbiri yüksək əhval-ruhiyyə və unudulmaz anlarla yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: