Xəbərlər
31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin təşkilatçılığı ilə 2025-ci ilin yekununa və qarşıdan gələn 2026-cı ilə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Kəlbəcər rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bir qrup məktəb həmkarlar ittifaqı komitə sədrləri, eləcə də Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayonu üzrə təhsil sektorunun müdiri Namiq Rəcəbov və idarənin həmkarlar ittifaqı üzvləri iştirak edərək, kollektivlə bayram sevinci və həmrəylik ruhunu bölüşdülər.
Çıxış edən ETİHİ Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova tədbir iştirakçılarını Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edərək, 2025-ci ildə görülən işlər barədə ətraflı məlumat verdi və qarşıdakı ildə də əməkdaşlığın uğurla davam etdiriləcəyini vurğuladı.
Tədbir musiqili proqramla davam etdi, xoş əhval-ruhiyyə və bayram abu-havası ilə yadda qaldı.
ETİHİ Kəlbəcər Rayon Komitəsi olaraq bütün həmkarlarımıza Yeni il münasibətilə ən xoş arzularımızı çatdırır, 2026-cı ilin hər kəsə sağlamlıq, xoşbəxtlik və bol uğur gətirməsini diləyirik!






