Xəbərlər
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayonun ümumtəhsil məktəbliləri arasında şahmat yarışının rayon birinciliyini keçirilmişdir.
29/12/2025, 10:43

ETİHİ İsmayıllı Rayon Komitəsi UGİŞ məktəbi ilə birgə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rayonun ümumtəhsil məktəbliləri arasında şahmat yarışının rayon birinciliyini keçirtmişdir. 22-26 dekabr tarixlərində keçirilmiş maraqlı və gərgin idman yarışması qədim intellektual şahmat idman növünə bir daha marağın artmasına səbəb olmuşdur. Qızlar və oğlanların iştirakı ilə keçirilən yarışda yaş qruplarına görə fərqlənərək qalib ğələn şagirdlər ETİHİ Rayon Komitəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır. Qalib şahmatçılarımızı təbrik edirik.





















