Xəbərlər
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsi tərəfindən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil edilib. ETİHİ Tovuz rayon komitəsinin sədri Flora Pənahova tədbiri giriş sözü ilə açaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və ortaq dəyərlər baxımından əhəmiyyətini vurğulayıb, yeni ilin təhsil işçiləri üçün uğurlu təşəbbüslər və səmərəli fəaliyyətlə yadda qalacağına dair fikirlərini bölüşüb.
Tədbir çərçivəsində həmrəylik ideyalarının gücləndirilməsi, təhsil işçiləri arasında əməkdaşlıq mühitinin möhkəmləndirilməsi və qarşıdakı dövrün fəaliyyət istiqamətləri müzakirə edilib. Səmimi ünsiyyət şəraitində keçən görüş iştirakçıların qarşılıqlı fikir mübadiləsi aparmasına imkan yaradıb.
Sonda birlik və həmrəylik dəyərlərinin qorunmasına töhfə verən bu cür təşəbbüslərin davamlı xarakter daşıdığı vurğulanıb, iştirakçılara Yeni il münasibətilə xoş arzular çatdırılıb.






