“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Binəqədi Rayon Komitəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təhsil işçilərinə şənlik təşkil edilib

26/12/2025, 14:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, qazilər və ittifaq üzvlərimiz iştirak etdi.

Tədbirin açılışını ETİHİ Binəqədi Rayon Komitəsinin sədri Zahir Həsənov Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də ötən ilin dekabr ayında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzası zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edilib. Sonda isə tədbirdə iştirak edən ittifaq üzvlərinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edərək, işlərində müvəffəqiyətlər arzu etdi.

Vətən İdman Liseyinin ilk təşkilat sədri Güləbatın Əhmədovada çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Belə tədbirlər təhsil işçiləri arasında həmrəyliyi gücləndirməsi üçün çox gözəl təşəbbüsdür.

Təbdir musiqili rəqslərlə və xoş anlarla yadda qalan oldu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: