“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

31 Dekabr – Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirildi.

30/12/2025, 11:54
xeber1

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə, Ağdam, Füzuli, Ağcabədi, Şuşa, Tərtər, Xocavənd və Xocalı rayonlarının təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayonlar üzrə təhsil sektorunun müdirləri və təhsil işçiləri iştirak etdilər.Tədbirdə bu əlamətdar günün tarixi əhəmiyyəti, dünya azərbaycanlılarını birləşdirən mənəvi dəyərlər, milli həmrəylik, dövlətçilik ideyaları vurğulandı.Çıxışlar zamanı Azərbaycan xalqının harada yaşamasından asılı olmayaraq, milli maraqlar ətrafında birliyinin ölkəmizin gücünün əsas dayağı olduğu xüsusi qeyd edildi.Tədbir çərçivəsində viktorinalar təşkil olundu, qaliblərə hədiyyələr təqdim edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: