Xəbərlər
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib.
31/03/2025, 00:29

31 mart tarixi, 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsini anmaq üçün ATİAHİ Respublika Komitəsinin rəhbərliyi və ittifaq üzvü olan tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Həmçinin digər Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədrləri tələbə təşkilatlarının rəhbərləri və fəal THİK üzvləri abidənin önünə gül dəstələri düzüblər. Onlara ermənilərin törətdikləri soyqırım və Memorial Kompleks haqqında məlumat verilib.












