Xəbərlər
31 Mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin II saylı tədris binasında “31 Mart Azərbaycanlıların Soyqırımı” adlı seminar keçirilib.

Seminarda ADPU THİK sədri Cəmilə Qurbanova çıxış edərək bu hadisənin xalqımız üçün böyük bir faciə olduğunu bildirmiş və dünya ictimaətinə çatdırılmasında gənclərin rolunun danılmaz olduğunu qeyd etmişdir.
Daha sonra söz ADPU-nun Heydər Əliyev Mərkəzinin mütəxəssisi Tərlan Ağayevə verilmişdir. Gənc müəllim bütün Azərbaycanın bu faciənin tarixini bilməli olduğunu, tarixi faktları və araşdırdığı mənbələri qeyd edərək soyqırım haqqında geniş çıxış edib. T.Ağayev bu cür tədbirlərin keçirilməsinin əsas məqsədinin tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərin maarifləndirilməsi olduğunu vurğulayıb.
Seminarın yekununda tədbiri izləyən Doç. Dr. Sadık Çetin öz fikirlərini bölüşüb. Nitqində 1918-ci ilin mart hadisələrinin tarixi mahiyyəti, xalqımıza qarşı törədilən qırğınların səbəb və nəticələri haqqında məlumat vermiş və Türkiyə Azərbaycan dostluğuna diqqət çəkib. Zəfərlə taclandırılmış II Qarabağ müharibəsini anan müəllim bildirib ki, 21-ci əsrin ən böyük qələbəsi Qarabağ zəfəridir.
Seminarın sonunda xatirə şəkili çəkilib.












