Xəbərlər
31 Mart Azərbaycanlıların Soyqırım günü
01/04/2025, 12:51

31 mart Azərbaycanlıların soyqırımı faciəsindən 107 il ötür.
Bu münasibətlə ATİAHİ Suraxanı Rayon Komitəsinin bir qrup ittifaq üzvü Quba rayonunda yerləşən Soyqırım Memorial Kompleksini ziyarət edib.
Ziyarət zamanı faciə qurbanlarının xatirəsi bir daha ehtiramla yad edilib, xalqımıza qarşı törədilən bu dəhşətli cinayətin unudulmaması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Bu kimi tədbirlər milli yaddaşımızın qorunması və tariximizin dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.







