Xəbərlər
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Göyçay rayonunun ümumtəhsil məktəblərində anım tədbirləri təşkil olunmuşdur. Tədbirlər zamanı şagirdlərə 1918-ci ilin mart ayında xalqımıza qarşı törədilmiş qırğınlar, soyqırımı siyasətinin mahiyyəti və bu faciənin Azərbaycan tarixində tutduğu yer haqqında geniş məlumat verilmişdir. Çıxış edənlər bildirmişlər ki, bu hadisələrin öyrənilməsi və gənc nəslə çatdırılması milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirlərdə şagirdlərin hazırladıqları təqdimatlar, şeirlər, ədəbi-bədii kompozisiyalar və səhnəciklər nümayiş etdirilmiş, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunmuşdur. Qeyd olunmuşdur ki, tariximizin faciəli səhifələrinin unudulmaması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərə tarixi həqiqətləri çatdırmaq, onlarda milli-mənəvi dəyərlərə hörmət hissini daha da gücləndirmək olmuşdur






