Xəbərlər
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə fəaliyyət dairəsinə daxil olan Mikayıl Müşfiq adına 18 nömrəli tam orta ümumtəhsil məktəbində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxışında bildirib ki, 1918-ci ilin mart qırğınları Azərbaycan xalqına qarşı törədilmiş kütləvi soyqırımıdır və bu dəhşətli hadisələr tarixi yaddaşımızda silinməz izlər buraxıb. O, gənc nəsilin bu faciəni unutmamasının və tarixi həqiqətlərlə tanış olmasının vacibliyini vurğulayıb.
Məktəbin direktoru Leyla Fətiyeva çıxışında faciənin gənc nəsildə milli həmrəylik və vətənpərvərlik ruhunu gücləndirməkdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb.
Məktəbin tarix müəllimləri və ittifaq üzvləri – Nüşabə Qarayeva, Nailə Musayeva, Ülkər Qulammirzəyeva və Şəlalə Mirzəliyeva – şagirdlərə hadisələrin tarixi kontekstini ətraflı izah ediblər. Nüşabə Qarayeva gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini, Nailə Musayeva milli yaddaşın qorunmasının vacibliyini, Ülkər Qulammirzəyeva isə bu faciənin gənc nəslə tarixi dərslər verməsini vurğulayıb. Şəlalə Mirzəliyeva Prezident İlham Əliyevin dəmir yumruğu siyasətinin ölkəmizi gücləndirməsini və 2020-ci ildə Vətən müharibəsində qazanılan zəfərin əhəmiyyətini şagirdlərə çatdırıb.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb. Bu anım mərasimi 31 Mart faciəsinin unudulmamasına, soyqırımı həqiqətlərinin gənc nəsil tərəfindən yadda saxlanılmasına və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə mühüm töhfə verib.














