“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

24/04/2026, 01:08
xeber1

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbiri fakültənin dekan müavini Seymur Mikayılov açılış nitqi ilə açaraq bu faciəvi günün tarixi əhəmiyyətindən, xalqımızın yaddaşında əbədi iz qoymasından danışıb.

Fakültənin tələbəsi Rəvanə Abbaslı çıxışında bu faciənin xalqımızın tarixində oynadığı roldan söz açıb.

Tədbirdə fakültənin dekanı, professor Sabir Məmmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsi AzMİU-nun tariximizin və milli-mədəni dəyərlərimizin qorunmasına verdiyi önəmin göstəricisidir.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: