“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Pirallahı rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.

31/03/2026, 13:59
xeber1

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Pirallahı rayonunun ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib.Tədbirlər çərçivəsində şagirdlərə 1918-ci ilin mart hadisələri, xalqımıza qarşı törədilmiş soyqırımı faktları haqqında ətraflı məlumat verilib,bu faciənin tarixi mahiyyəti və nəticələri izah olunub.Məktəblərdə keçirilən tədbirlərdə müəllimlər və çıxış edənlər tərəfindən qeyd olunub ki, 31 Mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir və bu hadisələrin unudulmaması,gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət kəsb edir.Şagirdlər tərəfindən hazırlanmış təqdimatlar,ədəbi-bədii kompozisiyalar və çıxışlar tədbirlərə xüsusi məna qatıb.Eyni zamanda vurğulanıb ki, xalqımızın üzləşdiyi bu ağır faciələrin düzgün öyrənilməsi və təbliği gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.Tədbirlərin keçirilməsində əsas məqsəd tariximizin bu ağrılı səhifəsini şagirdlərə daha dolğun şəkildə çatdırmaq və milli yaddaşın qorunmasına töhfə verməkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: