“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmuşdur

31/03/2026, 21:18
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi ,Ağstafa rayon Heydər Əliyev Mərkəzi, Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyi və Hüseyn Arif adına Ev muzeyinin birgə təşkilatçılığı və Qazax-Tovuz Regional Təhsil Idarəsinin Ağstafa rayonu təhsil sektorunun dəstəyi

ilə - 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmuşdur.

İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva ,Ağstafa rayon Köçəsəgər kənd 1 saylı orta məktəbin həmkar sədri Saqif Qaratorpaq, Hüseyn Arif adına Ev Muzeyinin əməkdaşı Sura Həsənova və Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Aynur Aslanova soyqırımı faciəsinin xalqımıza yaşatdığı dərin ağrılardan bəhs edilmiş, vurğulanmışdır ki, Azərbaycan xalqı başına gətirilən bu qanlı hadisələri heç vaxt unutmayacaq və gələcək nəsillərin tariximizi unutmaması üçün belə günlərin qeyd olunması böyük əhəmiyyət daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: