Xəbərlər
31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü
31/03/2026, 10:07

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan R. Quliyev adına Taynaq kənd tam orta ümumtəhsil məktəbinin direktoru Behbudov Tapdıq və məktəbin həmkarlar təşkilatının sədri Həziyeva Gülnar və məktəb kollektivi tərəfindən
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təhsil müəssisəsində anım tədbiri keçirilib.Dəyirmi masalar və maarifləndirici görüşlər təşkil edildi.Şagirdlər tərəfindən bədii kompozisiyalar və şeir nümunələri təqdim edilmiş, həmçinin soyqırımı hadisələrini əks etdirən videoçarxlar nümayiş olunub.











