“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

31 mart – Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi Şamaxıda anılıb

31/03/2026, 15:45
xeber1

31 mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ETİHİ Şamaxı Rayon Komitəsinin və Şamaxı rayon Təhsil sektorunun rəhbərliyi və kollektivi tərəfindən anım tədbiri təşkil olunub.

Tədbir çərçivəsində kollektiv soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Ziyarət zamanı iştirakçılar faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edərək, onların xatirəsinin daim yaşayacağını vurğulayıblar.

Anım mərasimi zamanı abidə önünə qərənfillər düzülüb, soyqırım qurbanlarının ruhuna hörmət və ehtiram ifadə olunub. Qeyd edilib ki, bu cür tədbirlər xalqımızın tarixinin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: