Xəbərlər
31 nömrəli tam orta məktəbin müəllimi Abbasova Gülnar Əsədulla qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyinin birgə təşəbbüsü ilə 31 saylı tam orta məktəbin müəllimi Abbasova Gülnar Əsədulla qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüş zamanı uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş Gülnar müəllimə səmimi təbriklər çatdırılıb, onun pedaqoji fəaliyyətinin gənc nəslin yetişdirilməsində mühüm rolu xüsusi vurğulanıb.
Yubiley münasibətilə Abbasova Gülnar Əsədulla qızına hədiyyə, fəxri fərman və gül buketi təqdim olunub. Ona gələcək həyatında uzun ömür, möhkəm can sağlığı arzulanıb.



