6 fevral 1993-cü il tarixində yaradılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası artıq 33 ildir ki, əmək hüquqlarının qorunması, sosial ədalətin təmin olunması və işçilərin rifahının yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu illər ərzində AHİK əməkdaşlıq, həmrəylik və davamlı inkişaf prinsiplərinə sadiq qalaraq minlərlə üzvün maraqlarını müdafiə etmişdir. 33 illik şərəfli yol – dünən, bu gün və gələcək üçün güclü həmkarlar ittifaqları!