Xəbərlər
34 SAYLI KÖRPƏLƏR EVİ -UŞAQ BAĞÇANIN İTTİFAQ ÜZVLƏRİ ÜÇÜN LERİK SƏFƏRİ

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 34 saylı körpələr evi–uşaq bağçasının ittifaq üzvləri üçün Lerik rayonuna bir günlük səfər təşkil olunub.
Lerikin saf havası, zəngin yaşıllıqları və valehedici təbiəti səfər iştirakçılarında xoş təəssüratlar yaradıb. İttifaq üzvləri rayonun maraqlı və görməli yerlərini ziyarət edərək bölgənin təbii gözəlliklərini yaxından seyr etmək imkanı əldə ediblər.
Səfər iştirakçılara gündəlik iş fəaliyyətindən uzaqlaşaraq xoş vaxt keçirmək, həmkarları ilə daha sıx ünsiyyət qurmaq və birlik mühitini gücləndirmək imkanı yaradıb. Birgə keçirilən bu səfər kollektiv daxilində səmimiyyətin və qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərib.
Səfərin sonunda ittifaq üzvləri təşkil olunan diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib,bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd ediblər.



