Xəbərlər
345 nömrəli körpələr evi-uşaq bağçasında maarifləndirici görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 345 nömrəli körpələr evi-uşaq bağçasında ittifaq üzvləri üçün maarifləndirici görüş keçirilib.
Görüşdə iştirak edən ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli çıxış edərək məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin əmək hüquqlarının qorunması, əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı məlumat verib.
Komitə sədri, həmçinin ittifaq üzvlərinə göstərilən sosial dəstək tədbirləri, maddi yardımların ayrılması, sanatoriya-kurort yollayışları və digər sosial təminat imkanları barədə ətraflı məlumat verib, bu istiqamətlərdə həmkarlar ittifaqının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı ittifaq üzvlərinin müraciət və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ETİHİ Yasamal Rayon Komitəsi üzvlərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, sosial rifahının yaxşılaşdırılması və həmkarlar ittifaqı fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.



