Xəbərlər
36 nömrəli tam orta məktəbdə növbədənkənar sədr seçkisi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin ilk həmkarlar təşkilatı 36 nömrəli tam orta ümumtəhsil məktəbdə növbədənkənar sədr seçkisi keçirilmişdir.
İclasda iştirak edən Sumqayıt Şəhər Komitəsinin sədri Novruzov Elşad Vaqif oğlu çıxış edərək həmkarlar ittifaqlarının üzvlər üçün yaratdığı geniş imkanlardan, ittifaqın fəaliyyəti və məqsədləri haqqında ətraflı məlumat vermişdir, həmçinin ittifaq üzvlərini maraqlandıran sualları cavablandırmışdır. Daha sonra namizədliyi irəli sürülən İsgəndərova Lamiyə Yadiyar qızı səsvermə yolu ilə yetərli sayda səs toplayaraq məktəbin ilk həmkarlar təşkilatının sədri seçilmişdir.
Yeni seçilmiş sədrə gələcək fəaliyyətində uğurlar arzulayır, məktəbin həmkarlar ittifaqı üzvlərinin hüquqlarının qorunması istiqamətində müvəffəqiyyətlər diləyirik.










