“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

39 nömrəli tam orta məktəbin əməkdar müəllimi Aybəniz Mövsümovanın 65 illik yubileyi münasibətilə məktəbdə görüş keçirilmişdir.

01/06/2026, 11:08
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Gəncə şəhər 39 nömrəli tam orta məktəbin kollektivi tərəfindən məktəbin müəllimi, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Aybəniz xanım Mövsümovanın 65 illik yubileyi münasibətilə məktəbdə görüş keçirilmişdir.

Yubilyar səmimi şəkildə təbrik olunaraq ona fəxri fərman, gül buketi və hədiyyə təqdim edilmiş, uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulanmışdır.

Aybəniz xanıma bundan sonrakı fəaliyyətində də nailiyyətlər arzulayır, yubileyini bir daha təbrik edirik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: