Xəbərlər
“44 gün – 44 sual” adlı fakültələrarası bilik yarışı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən İntellektual Mərkəzin təşkilatçılığı ilə “Zəfər yaddaşı” layihəsi çərçivəsində “44 gün – 44 sual” adlı fakültələrarası bilik yarışı keçirilib.
Vətən müharibəsinin tarixi, 44 günlük Zəfər yolu və Azərbaycanın qəhrəmanlıq salnaməsinə həsr olunan yarışın əsas məqsədi tələbələrin tarixi biliklərini möhkəmləndirmək, milli-mənəvi dəyərlərə bağlılığını artırmaq və intellektual potensialını üzə çıxarmaq olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən İnşaat fakültəsinin komandası I, Nəqliyyat fakültəsinin komandası II, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar təbrik edilib, iştirakçılara təşəkkür bildirilib.










