Xəbərlər
44 günlük Vətən müharibəsi şəhidi Niftalızadə Niyaminin qəbirüstü abidəsi ziyarət olundu

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Niftalızadə Niyamin Xaliq oğlunun mövludu münasibətilə onun qəbirüstü abidəsi ziyarət olundu. Tədbir zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıq nümunələri və əziz xatirəsi dərin ehtiramla anıldı.
Vətənin azadlığı uğrunda canından keçən mərd oğullarımızın igidliyindən, qazilərimizin şücaətindən, Ali Baş Komandanın uzaqgörən siyasətindən və Azərbaycan Ordusunun rəşadətindən bəhs olundu, şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğu vurğulandı.
Anım tədbirində şəhid anaları, şəhid ataları, şəhid yaxınları, millət vəkili Pərvanə Vəliyeva, Xətai Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Qeyd edək ki, şəhid Niftalızadə Niyamin 194 nömrəli bağçada çalışan ittifaq üzvümüz Zəminə xanım Məhərrəmovanın övladıdır.





