Xəbərlər
44 günlük Vətən müharibəsi şəhidi Sadiq Məmmədovun anası Bahar xanım Məmmədovanı ziyarət

06.03.2026-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin sədri Gülər Babayeva, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyətinin Sektorunun müdiri Aynurə Dadaşova və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun müdiri Elşad Sultanov ilə birlikdə 44 günlük Vətən müharibəsi şəhidi Sadiq Məmmədovun anası Bahar xanım Məmmədovanı ziyarət etmişlər.
Ziyarət zamanı Bahar xanımın səhhəti ilə maraqlanılmış, onunla səmimi söhbət aparılmışdır. Eyni zamanda qarşıdan gələn “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Bahar xanım təbrik edilmiş, ona xoş arzular çatdırılmışdır.
Bahar xanıma tezliklə sağlamlığına qovuşmağı arzulayırıq.




