“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

44 Günlük Vətən Müharibəsi-Tarixə Yazılan Zəfər

05/11/2026, 13:42
xeber1

ETİHİ Nərimanov Rayon Komitəsinin əməkdaşları 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44” filmini izləyiblər.

Film 44 günlük müharibənin qəhrəmanlıq salnaməsini, Azərbaycan əsgərinin şücaətini, döyüş meydanında nümayiş etdirdiyi fədakarlığı və Zəfərimizin arxasında dayanan ağır insan talelərini tamaşaçıya təsirli ekran dili ilə çatdırır.

Ekran əsərində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın döyüş yolu, şəhid ailələrinin yaşadığı ağrı, Vətən sevgisinin və əsgər qardaşlığının ən ali nümunələri öz əksini tapıb.

Hər bir səhnə bizə bir həqiqəti xatırladır: bu gün yaşadığımız azadlıq, sahib olduğumuz Zəfər böyük qurbanlar və misilsiz qəhrəmanlıqlar bahasına qazanılıb.

44 günlük Vətən müharibəsinin tarixini, şəhidlərimizin qəhrəmanlığını və xalqımızın yaddaşına həkk olunmuş Zəfər yolunu daha yaxından anlamaq üçün hər kəsi “44” filmini izləməyə dəvət edirik.

Tariximizi tanıyaq, qəhrəmanlarımızı unutmayaq, Zəfərimizin qədrini bilək!

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Qarabağ Azərbaycandır!

Sosial şəbəkələrdə paylaş: