“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş nur üzlü Qəhrəmanımız Elşən Abdullayevin ailəsini ziyarət etdik.

09/10/2025, 11:48
xeber1

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş nur üzlü Qəhrəmanımız Elşən Abdullayevin ailəsini ziyarət etdik.

Atası Sabir müəllim və anası Səadət xanım Elşənin uşaqlıq və gənclik illərindən,onun hələ məktəb illərindən hərbi sahəyə olan marağından,vətəninə və millətinə olan sevgisindən danışmışlar.

Elşən Abdullayev 23 oktyabr 2020-ci ildə ailəsinə xəbər vermədən Xüsusi Təyinatlı Qoşunların tərkibinə daxil olmuş, 24 oktyabrda döyüş bölgəsinə yollanmışdır. 26 oktyabr 2020-ci ildə XTQ-nin tərkibində döyüşlərə qatılmışdır. O, ilk döyüşdən əvvəl dostuna səsli mesaj göndərərək, “Əgər şəhid olarsam bu yazını ailəmə çatdır” demişdir. Səs yazısında ailəsini çox istədiyini demiş, onun üçün çox ağlamamalarını istəmiş, halallıq vermiş və halallıq istəmişdir. Baş leytenant Elşən Abdullayev rəhbərlik etdiyi on nəfərlik qrupla birlikdə Şuşa şəhərinin azad edilməsi uğrunda ağır döyüşlərdə igidliklə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşa-Xankəndi yolu istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır.

12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Abdullayev Elşən Sabir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2020-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” (ölümündən sonra)ordeni və medalları ilə təltif olunmuşdur.

ALLAH bütün Şəhidlərimizə rəhmət eləsin

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: