Xəbərlər
45 illik yubiley: İlahə Eldarbəyliyə xoş arzular

Qarabaqqal kənd uşaq bağçasının müdiri İlahə Eldarbəylinin 45 yaşı tamam olur.
Bu əlamətdar gün münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi adından İlahə xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
İlahə Eldarbəyli uzun illərdir təhsil sahəsində məsuliyyət və fədakarlıqla çalışaraq məktəbəqədər təhsilin inkişafına, uşaqların hərtərəfli formalaşmasına və sağlam təlim-tərbiyə mühitinin yaradılmasına öz töhfəsini verməkdədir. Onun rəhbərlik etdiyi Qarabaqqal kənd uşaq bağçasında uşaqların bilik və bacarıqlarının inkişafı, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilir.
Əminik ki, İlahə xanım bundan sonra da öz zəngin təcrübəsi, peşəkarlığı və məsuliyyətli fəaliyyəti ilə məktəbəqədər təhsilin inkişafına dəyərli töhfələr verməyə davam edəcək.
ETİHİ Göyçay Rayon Komitəsi olaraq bir daha İlahə Eldarbəylini 45 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, firavan həyat və bütün işlərində uğurlar arzulayırıq.
Hörmətli İlahə xanım, 45 illik yubileyiniz mübarək! Yeni yaşınız sizə sevinc, uğur və gözəl nailiyyətlər gətirsin!



