Xəbərlər
5 " Oktyabr" beynəlxalq müəllimlər günü
03/10/2025, 17:09

Qazax rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi tərəfindən sərhəd kəndlərində yerləşən ümumtəhsil məktəblərində tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Quşçu Ayrım kənd tam orta məktəbin ibtidai sinif müəllimi Cəfərova Şirin ,Fərəhli kənd ümum orta məktəbin coğrafiya müəllimi Mehdiyeva Aygün,Aslanbəyli kənd tam orta məktəbin riyaziyyat müəllimi Mustafayeva Aygün,Orta Salahlı kənd tam orta məktəbin coğrafiya müəllimi Nəzərov Mahmud və riyaziyyat müəllimi Məmmədova Aytəkin təbrik olunublar.
Onlara bayram münasibətilə gül dəstələri və fəxri fərmanlar təqdim edilib





