Xəbərlər
5-ci ildönümü münasibətilə anım tədbiri keçirilib
10/10/2025, 14:35

2-ci Qarabağ müharibəsi şəhidi Kərimov Orxan Akif oğlunun şəhadətinin 5-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon rəhbərləri, ETİHİ Göyçay rayon komitəsinin sədri Səmədova Kəmalə, eləcə də şəhidimizin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Orxan Kərimovun Vətən qarşısında göstərdiyi igidlik və fədakarlıq, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarımızın xatirəsi ehtiramla anılıb.
Şəhidin məzarı ziyarət olunub, gül dəstələri düzülüb,ruhuna dualar oxunub.
Ruhu şad, məkanı cənnət olsun!






