Xəbərlər
5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş atıcılıq idman növü üzrə turnir

2 mart 2026-cı il tarixində Quba rayonu Qəçrəş kəndində yerləşən İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə “İdman həftəsi” çərçivəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş atıcılıq idman növü üzrə turnir keçirilmişdir. Yarışda Qumru Məmmədova — Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi, Vüsalə Kərimova — Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba rayon komitəsinin sədri, həmçinin Quba rayonunun müxtəlif ümumtəhsil məktəblərindən olan təhsil işçiləri iştirak etmişlər. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra yarışın qaydaları barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Turnirin sonunda qaliblər diplom və hədiyyələrlə təltif olunmuşlar.







