“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş badminton yarışı keçirilmişdir.

06/03/2026, 11:48
xeber1

Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsi rəhbərliyinin təşəbbüsü ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş badminton yarışı keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və iştirakçılar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi olmuşdur. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda iştirakçılar yüksək idman bacarığı nümayiş etdirmişlər. Sonda qaliblər hədiyyə, fəxri fərman və medallarla mükafatlandırılmış, bütün iştirakçılara uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: